Necə işləyir
Dörd addım. Portala yalnız sizin təsdiqlədiyiniz layihə keçir.
- 1
Sənəd paketini yükləyin
İnvoys, CMR, packing list, müqavilə, SWIFT. PDF, şəkil, Excel, Word və ya ZIP arxivi — necə gəlibsə, elə.
- 2
Layihə hazırlanır
AI sənədləri oxuyur, qrafaları DGK 100/143 metodikasına görə doldurur. Ödənişlər CBAR məzənnəsi ilə hesablanır.
- 3
Yoxlayıb təsdiqləyin
Çatışmayan və şübhəli xanalar işarələnir. Düzəldirsiniz, təsdiqləyirsiniz — tarixçədə kimin nə vaxt təsdiqlədiyi qalır.
- 4
Portalda imzalayın
Chrome genişlənməsi təsdiqlənmiş layihəni e-gömrük portalında qaralama kimi doldurur. İmza və göndərmə ASAN İmza ilə sizdədir.
Kimlər üçün
Broker şirkəti
Gün ərzində çoxlu müştəri paketi. Layihəni Gömrük Pro hazırlayır, bəyannaməçi yoxlayır və imzalayır. İşçilər bir kabinetdə işləyir.
Şirkət hesabı açİdxalçı şirkət
Öz yükünüzü özünüz rəsmiləşdirin. ASAN İmzanız yoxdursa, sənədləri yükləyin — bəyannaməni N.A GROUP-un bəyannaməçiləri yazsın.
Şirkət hesabı açVətəndaş
Xaricdən sifariş, səfər yükü, baqaj: sadələşdirilmiş bəyannamə, ödənişsiz hədd, rüsum və ƏDV hesabı.
Fərdi hesab açİmkanlar
Künc işarəsi — imkanın aid olduğu qrafa və ya format.
16 bəyannamə növü
QİB, GB 40, tranzit, ixrac, anbar, emal və digər prosedurlar — hər birinin öz metodika qaydaları ilə.
XİF MN yoxlaması
Mal kodu nomenklatura ilə tutuşdurulur, uyğun gəlmirsə malın təsvirinə görə kod təklif olunur.
Ödənişlərin hesabı
Gömrük yığımı, rüsum, ƏDV və e-xidmət haqqı CBAR məzənnəsi ilə.
Hüquqi yoxlama
Hər xəbərdarlığın altında əsası yazılır: Gömrük Məcəlləsinin maddəsi, NK qərarı və ya DGK metodikasının bəndi — sitatla. İcazə sənədləri, güzəştlər və risklər də.
Çin paketləri
İç-içə ZIP arxivləri, Excel packing list və Word müqavilə birbaşa oxunur.
Komanda və tarixçə
Şirkət sahibi işçi əlavə edir. Hər bəyannamədə kim yüklədi, kim təsdiqlədi — görünür.
Müştəriyə çap
Bir səhifəlik layihə, hesablama və yoxlama siyahısı — müştərinin təsdiqi üçün.
Aylıq hesabat
Növlər üzrə say, GB nömrələri və vərəqlər. Excel-ə bir kliklə.
Hüquq köməkçisi
Gömrük qanunvericiliyi üzrə sual verin — cavab qüvvədə olan aktlara istinadla gəlir.
Müştərinizin datası sizin datanızdır
Gömrük Pro bəyannamə hazırlamaq üçündür, məlumat toplamaq üçün yox.
Məxfilik siyasətiMüştəri bazası yığılmır
Bir şirkətin sənədləri başqasına göstərilmir, şablon və ya ümumi baza kimi toplanmır, reklamda istifadə olunmur.
İmza sizdə qalır
ASAN İmza PIN-ləri və portal parolları saytda saxlanmır. Genişlənmə imzalamır və göndərmir.
Hər şirkət yalnız özünü görür
Bəyannamələr və fayllar şirkətin öz istifadəçilərinə açıqdır. Sildiyiniz sənəd serverdən də silinir.
Giriş qorunur
Sessiya httpOnly kukisi ilə saxlanır, ardıcıl səhv parol cəhdləri məhdudlaşdırılır.
Pilot rejimi — pulsuz sınaq
Real sənəd paketinizlə yoxlayın: qeydiyyatdan keçin, ilk bəyannamə layihəsini hazırlayın. Pilot dövründə ödəniş yoxdur, ödənişli tariflərə keçid əvvəlcədən elan olunur.
Tez-tez verilən suallar
Cavabını tapmadınız? Bizə yazın.
AI-nın hazırladığı bəyannamə birbaşa portala göndərilir?
Xeyr. Gömrük Pro layihə hazırlayır. Onu bəyannaməçi yoxlayır və təsdiqləyir; portalda imzalamaq və göndərmək yalnız sizin ASAN İmzanızla olur. Bəyannamənin düzgünlüyünə görə məsuliyyət bəyannaməçidə qalır.
ASAN İmzam yoxdur. Yenə istifadə edə bilərəm?
Bəli. Qeydiyyatda «ASAN İmzam yoxdur» seçin: sənədləri yükləyib layihəni təsdiqləyirsiniz, bəyannaməni portalda N.A GROUP-un bəyannaməçiləri yazır.
Hansı faylları qəbul edir?
PDF, şəkil (JPG, PNG), Excel (.xlsx), Word (.docx) və ZIP arxivi, o cümlədən iç-içə arxivlər. Bir yükləmədə 40 fayla qədər. Köhnə .xls və .doc formatlarını əvvəlcə yeni formata saxlayın.
Müştərilərimin sənədləri harada saxlanır, kim görür?
Sənədlər yalnız sizin şirkətin hesabında saxlanır və yalnız şirkətinizin istifadəçilərinə görünür. Sənədləri oxumaq üçün Anthropic şirkətinin Claude modeli istifadə olunur. Ətraflı — Məxfilik siyasətində.
Pilot rejimi nə deməkdir?
Pilot dövründə Gömrük Pro-nu pulsuz sınaya bilərsiniz. Rəyləriniz əsasında məhsulu təkmilləşdiririk. Ödənişli tariflərə keçid əvvəlcədən elan olunur; qiymətlər Qiymətlər səhifəsindədir.
Şirkətin bir neçə işçisi eyni kabinetdə işləyə bilər?
Bəli. Şirkət sahibi «Şirkət → Komanda» bölməsində işçi əlavə edir. Hər bəyannamənin tarixçəsində kimin yüklədiyi və təsdiqlədiyi görünür.